Azər Türk Bank
Müxbir hesablarla əməliyyatlar şöbəsində aparıcı mütəxəssis
Vakansiya haqqında məlumat:
Hesablaşmalar Departamentinin Müxbir hesablarla əməliyyatlar şöbəsində aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri
- Bankın müxbir əlaqələrinin artırılması məqsədi ilə araşdırmalar aparmaq, yeni partnyorları cəlb etmək
- Nostro və Loro müxbir hesabların açılması üçün işlərin təşkil edilməsi
- Xarici institutlarla biznes danışıqların/yazışmaların aparılması, görüşlərin təşkil edilməsi
- Loro banklar üçün yeni məhsulların təklif edilməsi, onlarla aparılan işlərin təkmilləşdirilməsi
Tələblər
- Maliyyə İnstitutları ilə iş və Beynəlxalq Əlaqələr üzrə təcrübə
- Xarici partnyorlarla iş, biznes danışıqların/yazışmaların/görüşlərin aparılması üzrə biliklər
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi
- Bank sahəsində iş təcrübəsi
- Ali təhsil
Bizi sosial şəbəkələrdən izləyin!!