Mütəxəssis | Banco.az

Mütəxəssis

Vakansiya haqqında məlumat: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlaxda vakant yerlər elan edir.

Mütəxəssis işinə dair

  • pilot ərazilərin səhiyyə, iqtisadi və sosial göstəricilərinin davamlı izlənilməsi və baş verən dəyişikliklərin təhlil olunması;
  • pilot ərazilərdə səhiyyənin maliyyələşməsi sisteminin təkmilləşdirilməsi istiqamətində təhlillərin aparılmasında və həmin təhlillərin nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
  • pilot ərazilərdə icbari tibbi sığortanın fəaliyyətinə dair sorğuların keçirilməsində yaxından iştirak və nəticələrə dair hesabatın hazırlanması;
  • pilot ərazilərdə icbari tibbi sığortanın fəaliyyətinə dair tibbi xidmət təchizatçılarının işinin, büdcə vəsaitləri və maliyyə idarəetmə vəziyyətinə dair məlumatların toplanılması, təhlil edilməsi və hesabatın hazırlanması;
  • Sığorta əməliyyatlarının həyata keçirilməsi (pilot ərazidə əhalinin qeydiyyata alınması, sığorta olunması);
  • ali təhsil, sığorta işində minimum 6 ay təcrübə.

Maraqlananlar tərcümeyi hallarını 31 dekabr 2016-cı il tarixinədək elektron poçt vasitəsilə müraciət edilən vəzifənin adını göstərməklə [email protected] ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 310-07-70/ 5004, 5006

Qeyd: Yalnız müsahibəyə dəvət alacaq namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət: 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi