"DəmirBank” ASC Korporativ Bankçılıq Departamentində Müştərilərin Cəlbi şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
27 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
• Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
• Bankın korporativ məhsullarını və kredit məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştərilər qarşısında təmsil etmək;
• Mövcud bazaları təhlil edərək və əlaqə yaradaraq bütün növ korporativ məhsulların (hesablaşma kassa əməliyyatları, inkassasiya, əmək haqqı kartları, korporativ kart, depozitlər, qarantiya və akkreditivlər, kredit, kredit xətti, lizinq və s) satışını təmin etmək;
• Cəlb edilən müştərilərin biznesini təhlil edib onlara ehtiyac duyulan məhsullar haqqında təklif paketi hazırlamaq;
• Cəlb etdiyi korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
• Müvafiq kredit prosedurlarına uyğun olaraq 20 000 manat məbləğindən artıq olan ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsinə təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
• Korporativ məhsullar üzrə işin təkmilləşdirilməsinə dair sahələrə və rayonlara uyğun spesifik satış texnikaları formalaşdırılması istiqamətində təkliflər vermək.
Namizədə qarşı tələblər:
• Ali iqtisadi təhsil;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dilini bilənlərə üstünlük verilir);
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi olmalı;
• Stres altında işləmə qabiliyyəti olmalı;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti olmalı;
• Yüksək satış qabiliyyətinə malik olmalı, biznes sferasını yaxından tanımalı,
• Bakı və rayon filiallarına ezam olunma imkanını olmalı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 sentyabr 2016-cı il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Korporativ Bankçılıq Departamenti -mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.