Müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Zərdab, Beyləqan, Yevlax, Tərtər, Qobustan filialları) | Banco.az
Kapital Bank

Müştərilərə xidmət şöbəsinin mütəxəssisi (Zərdab, Beyləqan, Yevlax, Tərtər, Qobustan filialları)

Vakansiya haqqında məlumat: 

Ümumi məlumat

Kapital Bank namizədləri aşağıdakı regional filiallara Müştərilərə xidmət şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

 Zərdab, Beyləqan, Yevlax, Tərtər, Qobustan

Öhdəliklər

  • Müştərilərə xidmət
  • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı
  • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu
  • Ödəniş kartları üzrə əməliyyatların aparılması

Tələblər

  • Ali təhsil
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı (Bakı filialları üzrə)
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər
  • Gərgin iş qrafikində işləmək bacarığı
  • Əla ünsiyyət bacarıqları
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində vəzifənin adını qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.