Müştəri Xidmətləri üzrə Mütəxəssis
“Vijn Fond AzərKredit” MMC Baş ofisin Marketinq və Məhsulların İnkişafı Departamenti üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.
BOKT “VijnFond AzərKredit” MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Marketinq və Məhsulların İnkişafı Departamenti üçün Müştəri Xidmətləri üzrə Mütəxəssis axtarır. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Bu vəzifə AzərKredit təşkilatının Baş Ofisində yerləşəcək və bu vəzifənin məqsədi müştəri rəyləri əsasında daha yüksək xidmət təmin etməkdir.
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işə qəbul anketlərini dolduraraq 15 fevral 2014-cü il tarixinədək [email protected] e-ünvanına göndərsinlər. İşə qəbul anketinihttp://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya baş ofisdən əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Müştəri Xidmətləri üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Müsabiqədə qalib gəlmiş namizəd işə mart ayında başlayacaq.
• Müntəzəm olaraq müxtəlif müştəri məmnuniyyəti sorğuları keçirmək və müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək;
• Müştəri Şikayət və Təkliflər Qutuları, təşkilatın internet səhifəsi, müraciətlər üçün nəzərdə tutulmuş elektron poçtu və s. vasitələrlə müştəri rəy və şikayətlərini toplamaq, onların müvafiq qaydada cavablandırılması / həll edilməsini təşkil etmək, müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək;
• Təşkilatın müştəriləri üçün fəaliyyət göstərən “Qaynar Xətt” xidmətinin fasiləsiz fəaliyyət göstərməsinin təmin etmək, sualları cavablandırmaqla, müraciət və şikayətlərə baxılmasını təmin etmək, müvafiq hesabatlar tərtib edərək, rəhbərliyə təqdim etmək;
• Müştərilərin təşkilatın məhsulları və xidmətləri haqqında sorğularına dolğun və düzgün cavab və məsləhət vermək;
• Müştəri rəy, təklif və şikayətlər əsasında təklif və tövsiyələrin hazırlanması vasitəsilə yeni məhsul və xidmətlərin hazırlanması, habelə mövcud məhsullar və kreditlərin təkmilləşdirilməsində iştirak etmək;
• Təşkilatın səmərəli marketinq strategiyasının müəyyən edilməsində və təkmilləşdirilməsində iştirak etmək;
• Müvafiq siyasət və prosedurların hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
• Müştəri xidməti standartlarının müəyyən edilməsi və standartların tətbiqinə müvafiq nəzarətin təmin edilməsində iştirak etmək;
• Müştəri məmnuniyyətinin artırılmasına xidmət edən, müştəri loyallığının güclənməsi, habelə, yeni müştəri kütləsinin cəlb olunması istiqamətində digər təşəbbüs və fəaliyyətlər həyata keçirilməsində iştirak etmək;
• Müştəri uğur hekayələri yazmaq, müştərilər və təşkilatın fəaliyyəti ilə bağlı foto və video-materiallar hazırlamaq, habelə, təşkilatın internet səhifəsinin maraqlı və faydalı material və bölmələrlə təchiz edilməsində iştirak etmək;
• Sosial layihələrin təşkili və həyata keçirilməsində iştirak etmək və s.
• İqtisadi və ya idarəetmə sahəsində təhsil
• Müştəri xidmətləri sahəsində azı 3 il təcrübə
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək bacarığı, insanların psixologiyasına bələd olmaq
• Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər
• Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
• İngilis və rus dillərində danışa və yaza bilmək
• Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
• Təşkilatın missiyasına sadiqlik
• Regionlara intensiv səfər etmək imkanı (iş yükünün 20%-i birbaşa regionlarda yerinə yetirilir)
• Sürücülük bacarığı