Müştəri Xidmətləri Təmsilçisi (Quba filialı) | Banco.az

Müştəri Xidmətləri Təmsilçisi (Quba filialı)

Vakansiya haqqında məlumat: 

“DəmirBank” ASC Quba filialı üzrə “Müştəri xidmətləri təmsilçisi” vəzifəsinə işəqəbul elan edir.

26 illik tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən əməkdaşlarımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

İşin təsviri:

Müştəri xidmətləri təmsilçisi öz gülərüzlülüyü və xoş rəftarı ilə müştərilərdə bank haqqında ilkin təəssüratı yaradır, onların bütün müraciətlərini səbirli və peşəkar bir şəkildə qarşılayır. Yüksək səviyyəli xidmət standartlarının və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə tələb olunan tədbirləri həyata keçirir, bununla da bank və müştəri arasında ünsiyyət və körpü rolunu oynayır. Öz təbəssümünüz ilə bankımızın “siması” olmağa hazırsınızsa, bizə müraciət edin!

Vəzifə öhdəlikləri:

 Filiala daxil olan müştərilərin salamlanması, suallarının cavablandırılması, bank məhsul və xidmətləri ilə bağlı ümumi məlumatın verilməsi və q-matik sisteminə yönləndirilməsi;
 Müştərilərə Q-matik, E-kassir, MilliÖn və Bankomatlardan istifadəsi zamanı köməklik göstərilməsi;
 Filiala daxil olan zənglərin cavablandıırlması, e-maillərin və məktubların qeydiyyata alınması, müvafiq istiqamətə yönləndirilməsi;
 Müştərilərin şikayət və təkliflərinin qəbul olunması və onların  SAP CRM sistemində yazılı qeydiyyatının aparılması və Filial müdirinə yönləndirilməsi;
 Ön ofis əməkdaşlarının elektron növbə sistemindən düzgün istifadəsinə Q-matik Operations Panel proqramı vasitəsi ilə nəzarət etmək və q-matik sistemində problem yarandığı halda növbəliliyin təmin olunmasının təmin edilməsi.

Namizədə qarşı tələblər:

 Ali və ya orta-ixtisas təhsilinin olması;
 Yüksək ünsiyyət qabiliyyətinin olması;
 Gülərüz, səbirli və mehriban olması;
 Azərbaycan dilində mükəmməl səviyyədə danışıq və yazı bacarığının olması (Rus dili biliyi üstünlükdür);
 Telefon ünsiyyətinin yüksək səviyyədə olması;
 Yönləndirilən suallara dolğun və səlis cavab vermək bacarığının olması;
 Məlumatlandırma, müştəri xidmətlərinin tənzimlənməsi, detallara diqqət, peşəkarlıq və təzyiq altında işləmək bacarığının olması;
 Xanım namizədlərə üstünlük veriləcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər 10 avqust 2016-cı il tarixinədək öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Müştəri xidmətləri təmsilçisi – Quba filialı” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.