Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi/ aparıcı mütəxəssisi | Banco.az
Bank BTB

Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi/ aparıcı mütəxəssisi

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC, Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi / aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi/ aparıcı mütəxəssisi

İş barədə məlumat:

  • Şöbəyə daxil olan bütün sənədlərin vaxtında icra olunmasını təmin edir;
  • Müştərilərlə aparılan bütün növ hesablaşma-kassa əməliyyatlarının düzgün aparılmasına    nəzarəti həyata keçirir, onları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Müştərilərə göstərilən bank xidmətləri üzrə komissiyaların mövcud tarif dərəcələrinə uyğun tutulmasına nəzarət edir;
  • Əməliyyatlara nəzarət edərkən hər hansı bir nöqsan, çatışmazlıq müəyyən edilərsə, əməliyyatın icrasını dayandırır və sənədləri icraçıya qaytarır;
  • Müştərilərin hesablarına qoyulmuş inkasso sərəncamlarının, vergi, gömrük orqanları və DSMF tərəfindən qoyulmuş sərəncamların uçotunu aparır və onların icrasına nəzarət edir;
  • Köçürmə əməliyyatları üzrə məlumatları yoxlayır və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • MXD-nin gündəlik kassa sənədlərinə nəzarət edir;
  • Müştəri xidmətləri şöbəsi tərəfindən müştərilərə hesabların düzgün açılmasına nəzarəti həyata keçirir və səlahiyyətləri çərçivəsində avtorizasiya edir;
  • Verilmiş kreditlərin təminatları ilə bağlı, o cümlədən həyat sığortası ilə bağlı sığorta  müqavilələrinin  müddətlərinə  nəzarət  edir və bu barədə bankdaxili qaydalara müvafiq olaraq, Kredit şöbəsinin müvafiq əməkdaşını məlumatlandırır;
  • Kredit işinin qanunvericiliyə, bankdaxili siyasət və qaydalara uyğun aparılmasına nəzarət  edir;
  • Səlahiyyətli şəxsin və MXD-nin direktorunun bu şöbəyə həvalə etdiyi digər vəzifələri həyata keçirir.

    Namizədə tələblər:

  • Vahid komandada işləmək qabiliyyəti;
  • Bank sahəsində ən azı 1-5 il iş təcrübəsi;
  • Azərbaycan, rus dillərini bilmək;
  • Ofis proqramlarında sərbəst iş bacarığı, Progress Bank əməliyyat sistemində işləmə bacarığı olanlara üstünlük verilir;
  • Nəzarət etmə bacarığı

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.
  • Uğurlu karyera üçün Sizə lazım olacaq professional bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Karyera və inkişaf perspektivləri;
  • Öyrənmə və öyrəndiklərinizi tətbiq etmək imkanları;
  • Bank BTB-nin peşəkar komandasının bir üzvü olmaq imkanı;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Müştəri Xidmətləri Departamenti, Nəzarət şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi/ aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et