Müştəri müraciətlərinin həlli şöbəsinə mütəxəssis | Banco.az
Kapital Bank

Müştəri müraciətlərinin həlli şöbəsinə mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Ümumi məlumat

Kapital Bank namizədləri Pərakəndə satış idarəsinin Pərakəndə biznesə dəstək departamentinin Müştəri müraciətlərinin həlli şöbəsinə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər

  • Daxil olmuş şikayətləri, sorğuların və müraciətlərin araşdırılması, onların həlli üçün bankın adiyyəti struktur bölmələrinə yönəldib, statuslara nəzarət etmək və həmin müraciətlərin müvafiq təyin edilmiş müddətdə cavablandırılmasını təmin etmək.
  • Bankın məhsulları üzrə daxil olmuş şikayətlərin həlli istiqamətində təkliflər vermək.
  • Daxil olan şikayətləri qruplaşdıraraq müxtəlif yönümlü statistik hesabatlar hazırlamaq.

Tələblər

  • Bank sahəsində minimum 2 il təcrübə
  • Müştəri ilə iş təcrübəsi minimum 1 il
  • Əla səviyyədə Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi arzuolunandır;
  • Komanda tərkibində işləmə qabliyyəti
  • Yüksək ünsiyyətqurma bacarıqları;
  • Stressə davamlılıq və məsuliyyətllik;
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı
  • Qərar vermə bacarıqları
  • Müştəriyə yönümlü olmaq
  • Analitik düşünmə bacarığı

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək müraciət edə bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et