Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzi (call center) | Banco.az
Azər Türk Bank

Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzi (call center)

Vakansiya haqqında məlumat: 

 

Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzi (call center)

Təsvir

Azər Türk Bank tələbələr üçün yeni iş imkanı yaradır!

Dövlət bankı Azər Türk Bank Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzində tələbələr üçün yarım ştat olmaqla təcrübə imkanı yaradır. 

Gənc mütəxəssislərə karyera imkanlarının yaradılması məqsədi ilə təşkil olunmuş bu layihədə iqtisadiyyat fakültəsində təhsil alan 3-cü və 4-cü kurs tələbələri qəbul edilir.

Baş ofisdə reallaşdırılacaq proqramın müddəti 1-3 aydır. Bu müddət ərzində təcrübəçilər bankın real iş mühiti ilə tanış olacaq, praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər. Proqramı uğurla yekunlaşdıran təcrübəçilərə isə yarım ştat olmaqla iş təklifi ediləcək.

  • Müştərilərə Bankın məhsul və xidmətləri barədə məlumatların verilməsi
  • Zənglərin qəbulu və yönləndirilməsi
  • Müştərilərin sorğularının cavablandırılmsı
  • Online daxil olan Kredit və Kart sifarişlərinin ilkin təhlili

Tələblər

  • Azərbaycan dilini səlis bilməli, Rus və İngilis dili arzuolunandır
  • Yüksək ünsiyyətqurma və dinləmə bacarığı
  • Operativlik və dəqiqlik
  • Komanda tərkibində işləmə bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Qeyd: Mərkəz fasiləsiz fəaliyyət göstərdiyi üçün iş qrafiki növbəlidir.

Müraciət et!

Ən sərfəli krediti almaq üçün müraciət et