Müştəri əlaqələri şöbəsinin Rəisi
Vəzifə: Müştəri əlaqələri şöbəsinin Rəisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• Sahəyə aid olan qayda və normativləri bilmək;
• Maliyyə və kredit analizi bilikləri;
• Yaxşı ünsiyyət bacarıqları;
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;
• Ofis proqramlarından mükəmməl istifadə bacarığı;
• Komandada işləmək bacarığı.
İŞİN TƏSVİRİ:
• Yeni korporativ müştərilərin cəlb edilməsi üçün korporativ müştəri təmsilçilərinin seçilməsi, bonus strategiyasının hazırlanması, kordinasiya edilməsi və yönləndirilməsi;
• Yeni korporativ müştərilərin cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq və cəlb olunmuş müştərilərin filiallara yönləndirmək;
• Bankın kredit və qeyri-kredit məhsullarının satışını təşkil etmək;
• Cari müştərilərə çarpaz satışların təşkil edilməsi;
• Müəyyən edilmiş hədəflərin yerinə yetirilməsi və hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Müştəri əlaqələri şöbəsinin rəisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.