Kapital Bank
Müştəri Əlaqələndiricisi
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri aşağıdakı filiallar üzrə Müştəri Əlaqələndiricisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Bakı, Ağcabədi, Lənkəran, Beyləqan, Saatlı filialları
Öhdəliklər
- Filiala müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması
- Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi
- Elektron növbəlilik sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi
- Ödəniş terminalları və Q-matic cihazından istifadə qaydaları haqda məlumatların verilməsi
Tələblər
- Ali təhsil
- Azərbaycan dilində əla danışmaq qabiliyyəti (Bakı filialları üzrə Rus dili tələb olunur)
- Ünsiyyətqurma və izahetmə qabiliyyəti
- Operativlik və dəqiqlik
- Məsuliyyətlilik və təzyiqə davamlılıq
- MS Office proqramları üzrə biliklər
CV-lərinizi, mövzu hissəsində“MüştəriƏlaqələndiricisi”qeydetməklə[email protected]e-mail ünvanına göndərə bilərsiniz.