Mühasib | Banco.az

Mühasib

Vakansiya haqqında məlumat: 

 

"Para" Bank Olmayan Kredit Təşkilatı namizədlərə Mühasib vəzifəsini  təklif  etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Peşəkar tələblər:

o   Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;

o   Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;

o   Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;

o   Iki illik  iş təcrübəsinə təcrübəyə malik olması;

o   Təşkilatın əməliyyatlarının bütün aspektləri ilə tanış olması;

o   Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

Vəzifə öhdəlikləri:

  • Təşkilat  üzrə əsas vəsaitlərin alınma əməliyyatların rəsmiləşdirilməsi - ödəməyə gələn hesabların  yoxlanılması, müqavilələri ilə tutuşdurub məbləğlərin ödənilməsi, tam həcmdə faktiki gətirilməsi barədə sənədinin yoxlanılması və həmin əsas vəsaitin departament(filial) tərəfindən qəbul edilməsi barədə daxili qaiməsinin tərtib edilməsi, alışı əks etdirən mühasibat yazışmalarını bankın proqramında yığılması;
  • Təşkilatln elektron bazasında mövcüd olan əsas vəsaitlərin uçot kartoçkaların aparılması;
  • Təşkilat üzrə əsas vəsaitlərin aylıq amortizasiya xərclərinin hesablanması və mühasibat yazışmalarını bankın proqramında yığılması;
  • Təşkilat üzrə əsas vəsaitlərin ildə bir dəfə  inventarizasiyasının aparılmasının təşkil edilməsi.
  • Təşkilat üzrə əsas vəsaitlərin hərəkəti barədə aylıq hesabatının hazırlanması və şöbəsinin  müdirinə təqdim edilməsi;
  • Təşkilat  üzrə əsas vəsaitlərin uçotunun təkminləşdirilməsi məqsədilə müvafiq təkliflərin işlənib hazırlanması;
  • Təşkikat  üzrə personalın əmək haqqnını hesablanması və ödənilməsi;
  • Təşkilat  üzrə personalın məzuniyyələrin, xəstəlik müavinətlərin, son haqq-hesabların hesablanması və ödənilməsi;
  • Təskilat  üzrə ezamiyyət əməliyyatların rəsmiləşdirilməsi - haqqlarının əmrə əsasən təhtəlhesab  şəxslərə nağd ödənişi, müvafiq sənədlərinin komplektləşdirilməsi ilə avans hesabatlarını  tərtib edilməsi və təyinatına uyğun mühasibat yazışmalarını bankın proqramında yığılması;
  • Təşkilatın  filialların tərəfindən keçirilən ezamiyyət əməliyyatların düzgünlüyün aparılmasına nəzarət edilməsi; 
  • Ehtiyac olan vaxtda şöbənin baş mütəxəssinin vəzifələrini icra etmək;
  • Şöbəyə aidiyyati üzrə daxil olan məktubların operativ icrasının təmin etmək;
  • Şöbə müdirin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi;

Məsuliyyətləri :         

  •  Öz işinin nəticə və effektivliyinə;
  • Ona həvalə olunmuş vəzifələrin düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinə;
  • Təşkilatın  iş prosessinə mane olan halları aşkar edib qarşısının almasına;
  • Təşkilatın  Daxili İntizam Qaydalarına riayət etmək;

Xüsusi bacarıqlar:                                                                                        

  • Məsuliyyətli və dəqiq;
  • Komanda işini bilən, insanları tanımaq; 
  • İdarəetmə qabiliyyəti;
  • Strateji  və analitik  qabiliyyət;
  • Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

"mövzü" bölməsində mühasib  qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərə bilərisniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
PARA BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et