Vəzifə öhdəlikləri:
- iqtisadi yönümlü dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsinin aparılması üçün uyğun əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsi və qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və həyata keçirilməsi;
- monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
- monitorinq və qiymətləndirmənin səmərəli həyata keçirilməsi üçün uyğun alətlərin seçilməsi və müvafiq olaraq onların qiymətləndirmədə tətbiqi istiqamətində işləri həyata keçirmək;
- dövlət proqramlarının səmərəsinin qiymətləndirilməsi ilə bağlı işlərin təşkili və icrasını təmin etmək;
- monitorinq və qiymətləndirmə ilə bağlı dövrü hesabatları hazırlamaq və təqdim etmək;
- monitorinq və qiymətləndirmə ilə bağlı məlumatların (o cümlədən, statistik informasiyaların) yığımını təşkil etmək (birbaşa və dolayı mənbələrdən) və bu məlumatların qiymətləndirilməsi məqsədilə analitik işlər aparmaq, praktiki tövsiyələr hazırlamaq;
- Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin təkmilləşdirilməsini təmin etmək;
- Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
- monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək.
Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır).
Staja dair tələb: müvafiq sahədə minimum 5 il iş təcrübəsi.
Kompüter biliklərinə dair tələblər: MS Office, internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və tətbiqi riyazi proqram paketlərində işləmək bacarığının olması.
Dil bilikləri: Azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır.
Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.