Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi | Banco.az

Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi

Vakansiya haqqında məlumat: 

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yeni vakansiya elan edir

Öz peşəkar qabiliyyətlərinə güvənən, bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların daha da genişləndirilməsi və onların müntəzəmliyinin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərdən və innovasiyalardan istifadə edilməsi, yeni konseptual yanaşmaların tətbiqi, mövcud iqtisadi potensialdan və əlverişli investisiya mühitindən daha səmərəli istifadə edilməsi istiqamətində ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermək istəyən, strateji baxış və analitik təhlil keyfiyyətləri olan hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Vakansiya: Monitorinq və qiymətləndirmə şöbəsi, baş məsləhətçi

Vəzifə öhdəlikləri:

  1. Monitorinq və qiymətləndirmə üçün analitik və metodiki təminatı hazırlamaq;
  2. Monitorinq  və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq, praktiki tövsiyələri hazırlamaq;
  3. Monitorinq və qiymətləndirmənin həyata keçirilməsi üçün uyğun uzunmüddətli planların, metodologiyanın seçilməsini təmin etmək;
  4. Monitorinqin aparılması alətlərinin seçilməsi və  müvafiq sənədlərin hazırlanmasında iştirak etmək;
  5. Mərkəzin monitorinq və qiymətləndirmə sisteminin yaradılmasında və təkmilləşdirilməsində iştirak etmək;
  6.  Mərkəzin monitorinq və qiymətləndirmə bazasının təkmilləşdirilməsi üçün spesifik yardım sahələrini müəyyənləşdirmək;
  7. Monitorinq tədbirlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək;
  8.  İqtisadi yönümlü dövlət proqramlarının, habelə sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasında iştirak etmək;
  9. İcra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsinin qiymətləndirilməsində iştirak etmək;
  10.  Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.

Təhsil və ixtisas tələbləri: ali təhsil (iqtisadiyyat və idarəetmə, maliyyə, ekonometrika ixtisası, elmi dərəcənin olması arzuolunandır);

Staja dair tələb: müvafiq sahədə 3  il  iş təcrübəsi;

Kompyüter biliklərinə dair tələblər: MS Office, Internet və s. - yüksək səviyyədə, statistik, ekonometrik və riyazi tətbiqi proqramlar (arzuolunandır); 

Dil bilikləri: azərbaycan və ingilis – yüksək səviyyədə, rus və digər xarici dil bilikləri arzuolunandır;

Xüsusi bacarıqlar: yüksək səviyyədə analitik təhlil və düşüncə qabiliyyəti (makroiqtisadiyyat, sənaye, innovativ iqtisadiyyat və s.), dünyagörüşü, təşkilatçılıq səriştəsi, komandada işləmək bacarığı, problemi həll etmək və qərar qəbuletmə qabiliyyəti, ünsiyyət qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  2023-cü il 12 mart tarixinədək vacancy@ereforms.gov.az  elektron poçt ünvanına göndərə bilərlər.

Elektron məktubun mövzu hissəsində müraciətin məqsədini “CV_vakansiyanın adı” şəklində göstərmək xahiş olunur. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

Ən sərfəli krediti almaq üçün müraciət et