Mingəçevir , Bərdə, Şamaxı , Biləsuvar filialına müdir vakansiyası | Banco.az

Mingəçevir , Bərdə, Şamaxı , Biləsuvar filialına müdir vakansiyası

Vakansiya haqqında məlumat: 

 

"Para" Bank Olmayan Kredit Təşkilatı namizədlərə Mingəçevir , Bərdə, Şamaxı , Biləsuvar  filialına müdir vəzifəsini  təklif  etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər:

Filialın işini təşkil edərək, fəaliyyətinə rəhbərlik etmək;

  • Təşkilatın İdarəetmə Orqanlarının qərarlarını, Rəhbərliyin əmr və sərəncamlarını icra etmək;
  • Limitlər daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək;
  • Təşkilatın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
  • Filialın  müştəri bazasının genişləndirilməsi üçün banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli xidmətlərinin göstərilməsini təşkil etmək, kredit məhsullarının satışını təşkil etmək;
  • Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
  • İşçiləri qiymətləndirmək və motivasiya etmək;
  • Müştərilərə yüksək səviyyədə xidmət olunmasını təmin etmək;

Tələblər:

  • Ali İqtisadi və ya hüquqi təhsil;
  • Bank / BOKT sahəsində minimum 2 il iş təcrübəsi (kredit sahəsində iş təcrübəsi mütləqdir, rəhbər vəzifədə iş təcrübəsi olanlara üstünlük verilir);
  • Qüvvədə olan qanunvericilikləri və ARMB-nin aidiyyəti təlimatlarını bilməli;
  • Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
  • Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
  • Biznesi inkişaf etdirmə bacarığı;
  • Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
  • MS Office-dən istifadə bacarığı;
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
  • Strateji və analitik düşünmə qabiliyyəti;
  • Liderlik qabiliyyətinin olması.

Xüsusi bacarıqlar:                                                                                        

  • Məsuliyyətli və dəqiq;
  • Komanda işini bilən, insanları tanımaq; 
  • İdarəetmə qabiliyyəti;
  • Strateji  və analitik  qabiliyyət;
  • Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

"mövzü" bölməsində Mingəçevir , Bərdə, Şamaxı , Biləsuvar  filialına müdir qeyd etməklə CV-nizi vakansiya@parabokt.az ünvanına göndərə bilərisniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
PARABOKT

Ən sərfəli krediti almaq üçün müraciət et