Mikrokreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis | Banco.az
ABB

Mikrokreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Azərbaycan Beynəlxalq Bankı Yevlax, Bərdə, İmişli, Kürdəmir regionları üzrə Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə Mikrokreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  •  Bankın mikro kreditlər seqmentinə aid müştəri portfelinin idarə edilməsini və bu seqmentə aid bütün növ bank məhsullarının satışını təşkil etmək;
  • Mikroseqmentə aid müştərilərin müxtəlif marketinq alətləri vasitəsilə cəlbinin təşkili;
  • Müştərilərin kredit sifarişlərini qəbul edərək ilkin təhlilin aparılması, müvafiq qərarvermə orqanına təqdim edilməsi üçün aidiyyatı struktur bölmələrlə razılaşdırılması və prosesin sonadək təqib edilməsi işinin təşkili;
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin gecikmələrin aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinin təşkili;
  • Müştəri portfeli üzrə əməkdaşlıq, müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstəyi təşkil etmək.

Bizim üçün ideal namizəd:

  • Ali iqtisadi təhsili olan;
  • Azərbaycan dilini səlis bilən (Rus dili və İngilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
  • Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
  • Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı bankında zəngin iş təcrübəsi qazanmaq imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq üçün şərait;
  • Təcrübəli və yüksək motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (region adı)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et