Mikro lizinq mütəxəssisi - Sumqayıt | Banco.az

Mikro lizinq mütəxəssisi - Sumqayıt

Vakansiya haqqında məlumat: 

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Sumqayıt şəhərində yerləşən filialı üçün Mikro lizinq mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Yeni müştərilərin cəlb edilməsi üçün aktiv marketinq təbliğatının həyata keçirilməsi və müştərilərə şirkətin lizinq məhsullarına dair məlumatın verilməsi;
  • Müraciət ərizələrinin qəbulu, müştərilərin və zaminlərin (əgər mövcuddursa) təhlili, ödəmə qabiliyyətinin müəyyən edilməsi;
  • Müraciətlərin filialın kredit komitəsinə təqdim edilməsi və müdafiəsi;
  • Lizinq portfelinin formalaşdırılması və idarə edilməsi;
  • Lizinq layihələri üzrə risklərinin qiymətləndirilməsi;
  • Müvafiq hesabatların hazırlanması:
  • Müştərilərin geri ödənişlərinə nəzarət;

Tələb olunan keyfiyyətlər:

  • İş yeri: Sumqayıt şəhəri
  • Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
  • Kredit, biznes və ticarət sahəsində bir il müəyyən təcrübə;
  • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Müştərilərlə davranış etikası.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Mikro lizinq bölməsinin mütəxəssisi, “Sumqayıt” filialı)  qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

Şirkət: 
“Qafqaz Lizinq” ASC