Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis | Banco.az
AFB Bank

Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Mikro kreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: Mütəxəssis/Kiçik mütəxəssis

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı  və Qəbələ şəhəri.

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsil;
  • Müvafiq sahədə1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır.;
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Analitik düşünmə və yüksək maliyyə təhlili qabiliyyəti;
  • Satış və təqdimat bacarığı;
  • MS office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

 

İŞİN TƏSVİRİ:

  • Potensial mikro biznes müştərilərin cəlb olunması, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
  • Birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
  • Mikro kredit məhsulları üzrə biznes təhlilini aparmaq;
  • Kredit sənədlərinin hazırlanması;
  • Kredit portfelinin nəzarəti və idarə olunması.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət etdiyi vəzifəyə uyğun olaraq Mikrokreditlər üzrə Mütəxəssis/Kiçik mütəxəssis qeydi edərək [email protected]elektron ünvanına göndərməyini xahiş edirik.

Ən sərfəli krediti almaq üçün müraciət et