Kapital Bank
Mikro kreditlər üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis
Vakansiya haqqında məlumat:
Ümumi məlumat
Kapital Bank namizədləri Beyləqan, Cəlilabad, Sabirabad, Göyçay, Şirvan, Şamaxı, Xaçmaz, Gəncə, Yevlax, Goranboy və Lənkəran filialları Mikro kreditlər üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis / Baş Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək və ya [email protected] mail ünvanına CV-nizi göndərərək vakansiyamıza müraciət edə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!