Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi | Banco.az

Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

TBC Kredit BOKT Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. 

Öhdəliklər:

∙ Potensial müştərlərin obyektlərinə gedib onları cəlb etmək, telemarketing etmək
∙ Cəlb etdiyi müştərilərin maliyyə durumunu və ödəniş qabiliyyətini analiz etmək
∙ Cari müştərilərlə davamlı ünsiyyət saxlamaq, yeni müştərilərin əməkdaşlığa cəlb etmək
∙ Kredit portfelinə nəzarət etmək

Tələblər:

∙ Ali təhsil (istənilən)
∙ Azərbaycan dilində səlist danışıq qabiliyyəti
∙ İş təcrübəsi tələb olunmur
∙ Yaxşı ünsiyyət və komanda da işləmə bacarığı
∙ Sərbəst şəkildə fikir izah etmə bararığı
∙ Yeni insanlarla ünsiyyət qurmağa həvəsli olması
∙ Müştəri cəlbetmə və inandırıcılıq qabiliyyəti

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 31 may 2023-cü il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun "mövzu" (subject) sətrində müraciət etdiyiniz vəzifənin adını "Mikro kreditlər üzrə kiçik kredit mütəxəssisi" qeyd etməyiniz vacibdir. Əks təqdirdə belə müraciət edənlərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
TBC Kredit BOKT

Ən sərfəli krediti almaq üçün müraciət et