Vakansiya haqqında məlumat:
Kateqoriya: |
Kənd təsərrüfatı |
İş növü: |
Tam iş günü (Full-time) |
Tələb olunan iş təcrübəsi: |
5 ildən artıq |
İş yeri: |
Azərbaycan / Bakı |
Təhsil: |
MBA (Biznes İnzibatçılığı üzrə Magistratura) |
Dillər |
Səviyyə |
Azərbaycan |
Ana dili |
İngilis |
Orta səviyyədən yuxarı |
Rus |
Orta səviyyədən yuxarı |
|
İT bilikləri: |
MS office |
Öhdəliklər: |
- Məhsuldarlığı aşağı olan mövcud meyvə bağlarının idarə olunmasına güclü rəhbərlik etmək;
- Məhsul, keyfiyyət, istehsal həcminin yaxşılaşdırılması üçün inkişafa nəzarət, tədbirlərin təşkili və həyata keçirilməsi, istehsalın təşkilinin və əmək məhsuldarlığının artırılmasının təkmilləşdirilməsi, gəlirliliyin artırılması;
- Bölmənin strateji planlarının tərtib edilməsi;
- İstehsal texnikalarının tətbiq edilməsi və perspektivli inkişaf sahələrinin müəyyənləşdirilməsi;
- Müəssisələrin kompleks idarə edilməsi: istehsalat, maliyyə planlaşdırması, keyfiyyətə nəzarət
- Layihə planının, maliyyə modellərinin və biznes planların hazırlanması;
- Meyvələrin yetişdirilməsi, saxlanılması və paylanması üzrə yeni və müasir texnologiyaların və səmərəli metodların axtarılması və təklif edilməsi;
- İqtisadi fəaliyyətin büdcəsinin hazırlanması, təhlili və planlaşdırılması, xərclərin optimallaşdırılması;
- Bölmənin bütün sahələri üçün illik, rüblük, aylıq büdcənin hazırlanması;
- Keyfiyyətə nəzarətin təşkil edilməsi və istehsal və saxlama daxil olmaqla, xammal ehtiyatının yoxlanılması;
- Keyfiyyətli istehsal standartlarına əməl etmək;
- Layihənin hədəflərinə və maliyyə nəticələrinə nail olmaq;
- Müəssisəni idarəetmə sisteminin, istehsalat dövrəsinin və məhsulun marketinq sisteminin yaradılması;
- İnsan resursları, nəzarət və texniki qulluq üzrə qaydalar və strategiyanın hazırlanması;
- İşçi heyətin əlaqələndirilməsi, şirkətin qaydalarına əməl olunmasına nəzarət etmək
|
Namizəddə tələblər: |
- Ali təhsil;
- Meyvə və giləmeyvələrin yetişdirilməsi üzrə biznes idarəetməsi sahəsində peşəkarlıq;
- Şirkətin biznes proseslərini, analiz, strateji planlaşdırma, maliyyə idarəetməsi, marketinq, idarəetmə üzrə biliklər;
- İşgüzar ünsiyyət bacarıqları, güclü xarakteri olan inzibatçı, iqtisadçı, marketoloq;
- Yararlılıq metodları və cari istehsalın planlaşdırılması üzrə biliklər;
- Meyvələrin becərilməsi, yığımı və saxlanılması proseslərinin texnoloji əsaslarını, təchizatı bilmək;
- Verilmiş qərarlar üzrə cavabdehliyi qəbul etmək bacarığı;
- İstehsal, yetişdirmə və saxlama texnologiyası üzrə texniki tələblər, təhlükəsizlik tələbləri üzrə biliklər;
- İstehsal avadanlığı və texniki istismar qaydalarını bilmək;
- Normativ sənədlər üzrə biliklər;
- İşgüzar və şəxsi keyfiyyətlər: məsuliyyətli, düzgün, nəticələrə diqqət yetirən, yüksək təşkilatçılıq və ünsiyyət bacarıqları; Təşəbbüskarlıq
- Kompüterdən sərbəst istifadə etmək, müəssisəni idarəetmənin (ERP-sistemi) müasir metodlarını bilmək;
- Səyahət edə bilmək imkanı
- İngilis və ya rus dilini bilmək üstünlükdür;
|
Müraciət üçün buraya daxil olun.