Metodologiya şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis | Banco.az
ABB

Metodologiya şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“Azərbaycan Beynəlxalq Bankı” ASC Korporativ idarəetmə və metodologiya şöbəsinə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Namizədin vəzifə öhdəlikləri:

  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normativ sənədlərin (prosedur, təlimat, metodiki göstərişlər, siyasət və s.) layihələrinin hazırlanması işində iştirak etmək;
  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normativ sənəd layihələrinin metodoloji təhlilini aparmaq;
  • Mövcud daxili normativ sənədlərin təkmilləşdirilməsi və yenilənməsi istiqamətində təkliflər vermək;
  • Bankdaxili biznes prosesləri reqlamentləşdirən normativ sənədlərin reyestrini təşkil etmək və aparmaq;
  • Reqlamentləşdirilən biznes proseslərin optimallaşdırılması ilə bağlı təkliflər vermək.

Əsas bacarıqlar:

  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • Tədqiqat bacarıqları;
  • Analitik düşüncə tərzi;
  • Yüksək təqdimat bacarığı;
  • Aktiv kommunikasiya bacarıqları;
  • Kollektivlə aktiv işləmək bacarığı;
  • Problemləri həll etmə bacarığı.

Namizədə olan tələblər:

  • İqtisadiyyat, hüquq və ya maliyyə istiqamətləri üzrə ali təhsili olan;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bank-maliyyə sahəsini tənzimləyən normativ xarakterli aktları ilə tanış olan;
  • Bank əməliyyatlarının mahiyyəti, onların aparılması texnikası ilə tanış  olan;
  • Biznes proseslərin idarə edilməsi işinin mahiyyəti ilə tanış olan və bu sahədə özünü inkişaf etdirmək istəyən;
  • MS Word, MS Excel, MS PowerPoint proqramlarında yaxşı işləmək bacarığı olan;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı olan (rus və ingilis dillərini bilənlərə üstünlük veriləcəkdir);
  • Bank sahəsində ən azı 1 il iş təcrübəsi olan, əməliyyat, əməliyyatlara nəzarət və ya  proseslərin idarə edilməsi sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  1 may  2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının Korporativ idarəetmə və metodologiya şöbəsinə Mütəxəssisi/Aparıcı mütəxəssisi/Baş mütəxəssisi)” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et