Expressbank
Merçandayzer (Reklam və Marketinq şöbəsi)
Vakansiya haqqında məlumat:
Təsvir
- Bütün filiallarda tətbiq edilmiş çap materialları və digər reklam ləvazimatlarının düzgün yerləşdirilməsini, istifadə edilməsini təmin etmək və monitorinqini aparmaq;
- Bakı və region filialları daxil olmaqla, Banka məxsus bütün reklam lövhələrini monitorinq etmək;
- ATM və ödəniş terminallarının, xidmət şəbəkəsinin eksteryerinin və s. mövcud marketinq siyasəti, brend kitabı və korporativ üslubun tələblərinə uyğunluğuna nəzarət etmək;
- Quraşdırılan reklam avadanlıqlarının düzgünlüyünə nəzarət etmək;
- Filiallarda görülmüş merçandayzinq işlərinin təhlili və aşkarlanan boşluqları aradan qaldırmaq, bu istiqamətdə təkliflər vermək;
- Digər struktur bölmələri/kənar şirkətlər ilə koordinasiyalı şəkildə işləmək;
- Keçirilən tədbir və layihələrdə iştirak etmək;
- Mütəmadi olaraq müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabat hazırlamaq.
Tələblər
- Ali təhsil;
- Marketinq və merçandayzinq üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Ünsiyyətcil və məsuliyyətli olmalı.
Müraciət üçün daxil olun