Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisi | Banco.az
Kapital Bank

Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisi

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisivəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər:

  • Bankın strukturları ilə mütəmadi əməkdaşlıq etmək;
  • Tələblərin təhlili və tələblərə uyğun yeni SQL sorğuların hazırlanması;
  • Mövcud hesabatlarda istifadə olunan SQL sorğuların təkmilləşdirilməsi və optimallaşdırılması;
  • Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsinin, proqramların sazlanmasına hazırlıq işlərinin və sazlanmanın həyata keçirilməsi.
  • Mövcud sistemlərin optimallaşdırılması və dəstəklənməsi.

Tələblər:

  • Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə);
  • Oracle SQL, PL/SQL üzrə minimum 1 il iş təcrübəsi;
  • SQL Tuning sahəsi üzrə biliklər;
  • Özgə kodu anlama bacarığı;
  • Bank sahəsi üzrə biliklərin olması arzuolunandır;
  •  Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • TIBCO Spotfire haqqında biliklər arzu olunandır;
  • Oracle Business Intelligence haqqında biliklər arzu olunandır;
  • SAP Data Services Designer və Oracle Data Integrator haqqında biliklər arzu olunandır;

 

CV-lərinizi, mövzu hissəsində “Məlumatların sistemləşdirilməsi şöbəsinin mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et