Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi | Banco.az
Kapital Bank

Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi

 

Ümumi məlumat

Kapital Bank namizədləri Bank sistemlərinin idarə edilməsi departamenti Məlumatların sistemləşdirilməsi şöbəsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

  • Məlumat bazasının layihələndirilməsində iştirak
  • SQL, T-SQL dilində skriptlərin işlənib hazırlanması, test olunması və tətbiqi 
  • İşlənib hazırlanan həllərin sənədləşdirilməsi
  • BI Publisher və Tibco Spotfire hesabatlılıq sistemlərində hesabatların hazırlanması və işləkliyinə nəzarət
  • SQL üzrə sorğuların modifikasiyası, məlumat bazasının yeni imkanlarından istifadə üzrə tövsiyələrin verilməsi
  • ETL-prosedurların, hesabatların  işlənib hazırlanması üçün detallı şəkildə istiqamətlərin yazılması və razılaşdırılması 
  • Hesabatlarla bağlı problemlərin araşdırılması və həll edilməsi 
  • İstifadəçilərin məlumatlandırılması və məsləhətlərin verilməsi
  • Məlumatların köçürülməsinə, tamlığına və hazırlanmasına nəzarət.
  • Məlumatların təmizlənməsinə və keyfiyyətinə nəzarət.
  • Məlumatın və arxitekturasının strukturlaşması, lazım olduğu təqdirdə dəyişdirilməsi 

 

Tələblər

  • Ali təhsil (tətbiqi riyaziyyat / komputer elmləri üzrə);
  • Təcrübə:  Ən azı 3 il
  • SQL, T-SQL, Oracle, BI Publisher və Tibco Spotfire bilikləri
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması
  • Bank sahəsi üzrə biliklərin olması arzuolunandır;
  • Azərbaycan və Rus dilləri üzrə mükəmməl, ingilis dili üzrə normal (sənədləri oxuyub başa düşəcək) səviyyədə biliklər;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı.

 

CV-lərinizi, mövzu hissəsində Məlumatların sistemləşdirilməsi şöbəsinin  baş mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.