Məlumat mərkəzi - kiçik mütəxəssis / mütəxəssis | Banco.az

Məlumat mərkəzi - kiçik mütəxəssis / mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, belecə müştərilərimizin (həmçinin əməkdaşlarımızın) istəklərini daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Öhdəliklər:

  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi
  • Daxil olan zəng zamanı satışın edilməsi
  • Təyin olunmuş hədəflərə çatması
  • Aylıq müvafiq hesabatların hazırlanması

Tələblər:

  • Ali təhsil
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır
  • Word və Excel proqramlarından istifadə bacarığı
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik
  • Komanda ilə işləmək bacarığı
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı

Karyerasını “Parlaq bankçılıq”da qurmaq istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə “Məlumat mərkəzi” qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
Yelo bank

Ən sərfəli krediti almaq üçün müraciət et