Məhsul yaradılması və partnyorlarla iş şöbəsi üzrə | Banco.az
ABB

Məhsul yaradılması və partnyorlarla iş şöbəsi üzrə

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC Kiçik və orta sahibkarlarla iş departamentinin Məhsul yaradılması və partnyorlarla iş şöbəsinəMütəxəssis, Aparıcı mütəxəssis və Baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankınınyaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Kiçik ve orta sahibkarlıqla məşğul olan korporativ müştərilərin ve fərdi sahibkarların nə istədikərini anlamaq                                                                                                             
  • Mütəmadı olaraq yeni məhsul yaratmaq                                                                         
  • Bazar araşdırması aparmaq                                                                                                       
  • Layihələrin həlli və icrasının idarə olunması        
  • Müştəri tələblərinə uyğun təkliflərin hazirlanması                                                                                                                                                                         

                                                                                                                                                                                                                                                                                                                     Vakant vəzifə üzrə tələblər:

  • Ali iqtisadi təhsil;
  • Maliyyə təhlilivə bank qanunvericiliyi ilə bağlı biliklərin olması; 
  • Yeni məhsulların yaradılamsı üçün təşəbbüskarlıq
  • Sahə üzrə minimum1-3 iliş təcrübəsi;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.

Bu iş sizə nələri qazandıracaq:

  • Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
  • Adekvat əmək haqqı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  25 Dekabr2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən şəhər vəvəzifə adının “Məhsul yaradılması və partnyorlarla iş şöbəsi üzrə göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et