PAŞA Bank
Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
Vakansiya haqqında məlumat:
Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis
PAŞA Bank namizədləri Məhkəmə işləri istiqaməti üzrə Mütəxəssis / Kiçik Mütəxəssis vakansiyası üzrə müraciət etməyə dəvət edir.
İşiniz nədən ibarətdir?
- İddia ərizələrinin, apelyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
- Bankın maraq və mənafelərinin məhkəmədə ən yaxşı şəkildə qorunması;
- Bankın mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının ən yaxşı şəkildə qorunması;
- İcra prosesində bankın təmsil olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün bütün zəruri addımların atılması;
- Dövlət orqanları və digər qurumlarla münasibətdə Bankı təmsil etmək, tələb edilən hərəkətin edilməsi ilə bağlı Bankın maraqlarının ən yaxşı şəkildə qorunması;
- Bankın məhsullarının hüquqi ekspertizası;
- Bankın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar hüquqi rəylərin verilməsi;
- Şöbəyə daxil olan müxtəlif müraciət və sorğuların cavablandırılması;
- Bankın struktur bölmələrinin fəaliyyəti ilə əlaqədar yaranan hüquqi problemlərin yerində və operativ araşdırılması;
- Bankın fəaliyyəti ilə əlaqədar yaranan hüquqi məsələlər üzrə Bankın əməkdaşlarlarının təlimatlandırılması;
- Müxtəlif müqavilə, saziş və digər əqdlərin hazırlanması;
- Əmək münasibətləri sahəsində Bankın fəaliyyəti ilə bağlı zəruri hüquqi dəstəyin göstərilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Hüquq ixtisası üzrə bakalavr dərəcəsi
- Tələb olunan iş təcrübəsi: Hüquq mütəxəssisi üçün ən azı 3 il, kiçik hüquq mütəxəssisi üçün 1 il peşəkar hüquqşünas təcrübəsi
- Xarici dillər: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dilləri (arzuolunan)
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul üzrə biliklər: Korporativ hüquq sahəsinin və qanunvericiliyinin biliyi
- Digər biliklər: Güclü ünsiyyət və komandada işləmək bacarıqları; Planlaşdırma və təşkilatçılıq bacarıqları; tapşırıqların son icra tarixini ötürməməklə yerinə yetirmək bacarığı; Problemlərin əsas səbəbini təyin etmək üçün kritik düşüncə bacarığı; Qərarları dəqiq vermək bacarığı; Tədqiqat, araşdırma və analitik bacarıqlar
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, 30.05.2023-cü il tarixinədək https://careers.pashabank.az/az saytına daxil olub müvafiq vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!