Marketinq üzrə Mütəxəssis | Banco.az

Marketinq üzrə Mütəxəssis

Vakansiya haqqında məlumat: 

“INVESTAZ” QSC Marketinq üzrə Mütəxəssis vəzifəsinə işçi qəbulu elan edir.

ƏSAS VƏZİFƏ və ÖHDƏLİKLƏR:

  • İllik marketinq planını hazırlayır və ona uyğun işlərini qurur;
  • Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar edir və müvafiq istiqamətlər barədə rəhbərliyə xəbər verir.
  • Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni maliyyə məhsul və xidmətlərinin reklamını təşkil edir;
  • Xarici satış kanallarını (İnternet, SMS, Mobil, web portallar və s.) müəyyən edərək, habelə strategiya və inkişaf planı layihələrini hazırlayaraq icra edir, onlara nəzarət və təhlilini aparır.
  • Email marketinq sahəsində mütəmadi olaraq mass mail konseptlərinin hazırlayır və təqdimatını aparır;
  • Müştəri bazasını genişləndirir;
  • Şirkət bloqunun moderasiyasını aparır;
  • Digital Marketinq üzrə kampaniyaları təşkil və idarə edir;
  • Şirkətin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlayır və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat yazaraq təqdim edir;
  • İnternetdə bazara çıxarılan məhsulun irəli getməsini təhlil edir;
  • Müştərilərdən gələn sorğuları cavablandırır;
  • Tizer və banner şəbəkələri ilə iş aparır;
  • Mütəmadi olaraq reklam materiallarının yerləşdirilməsi üçün tematik sahələrin seçimini aparır;
  • Satış məqsədləri üçün PR və reklam mətni hazırlayır;
  • İstifadə olunan saytların effektivliyini təhlil edir;
  • Şirkətin strategiyası çərçivəsində, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsini təmin edir;
  • Şöbənin fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələləri həll edir.

NAMİZƏDLƏR AŞAĞIDAKI TƏLƏBLƏRƏ CAVAB VERMƏLİDİRLƏR:

  • İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil; 
  • Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsinə (maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək), xüsusən digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq;
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək;
  • SMM, PR və Reklam sahələrində geniş təcrübəyə malik olmaq
  • Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dilini yüksək səviyyədə bilənlərə üstünlük verilir;
  • MS Office (Word, Excel) yüksək səviyyədə bilmək, digər dizayn proqramlarında işləmə bacarığı namizəd üçün üstünlükdür;
  • Yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.

Tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini (CV-yə şəkil əlavə etmək mütləqdir) [email protected] e-ünvanına təqdim etsinlər. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Marketinq üzrə Mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət: 
Invest AZ