Bank Respublika
Marketinq üzrə Baş analitik
Vakansiya haqqında məlumat:
“Bank Respublika” ASC Marketinq üzrə Baş analitik vakansiyasını elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının həyata keçirilməsi;
- Müştərilər arasıda sorğu, intervyu və fokus-qrupların keçirilməsi;
- Daxili müştəri təcrübələrinin araşdırılması, müvafiq CJM xəritələrinin hazırlanması;
- Makroiqtisadi və sektor üzrə analitik hesabatların hazırlanması;
- Rəqiblərin məhsul və təklifləri üzrə mütəmadi analitik hesabatların hazırlanması;
- Rəqəmsal satış kanalları üzrə müvafiq analitik hesabatların hazırlanması;
- Marketinq xərclərinin effektivliyinin ölçülməsi və buna uyğun hesabatların hazırlanması;
- Rəqəmsal məhsullar üzrə müştəri davranışlarının analitikası;
- Vendorlarla əlaqələrin qurulması və işlərin aparılması;
- Müştəri məlumatlarının analitikası, müvafiq patternlərin tapılması və onlara uyğun təkliflərin hazırlanması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Marketinq, Biznesin təşkili, Reklam, Rəqəmsal Marketinq üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: Bank sektorunda müvafiq sahədə və ya bank məhsulları ilə 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Excel, Power BI bilikləri (SQL bilikləri arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Strateji düşünmək və problemləri həll etmək qabiliyyəti;
- Komandada və bankın digər funksional strukturları ilə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 iyun 2023-cü il tarixinədək emailin mövzu hissəsində Marketinq üzrə Baş analitik qeyd etməklə HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.