Marketinq Menecer ( Turizm Şirkəti) | Banco.az

Marketinq Menecer ( Turizm Şirkəti)

Vakansiya haqqında məlumat: 
Kateqoriya: Marketinq
İş növü: Tam iş günü (Full-time)
Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər
İş yeri: Azərbaycan / Bakı
Təhsil: Bakalavr
Dillər Səviyyə
Azərbaycan Ana dili
İngilis Orta səviyyədən yuxarı
Rus Orta səviyyədən yuxarı
İT bilikləri: MS Office

 

Öhdəliklər:
  • Turların standart satışı və bazarda yeni naməlum turizm konsaltinqi üçün marketinq strategiyasının sıfırdan hazırlanması və tətbiq edilməsi 
  • Kontekstual reklam, sosial şəbəkələr, həvəsləndirmələr, kupon sistemləri, tematik forumlar və s. ilə işləmək
  • Bazarda bahalı olmayan və yaradıcı irəliləmə üsullarının hazırlanması
  • Şirkətin saytının, istifadəçi rahatlığının, marketinq mətnlərinin, forumların hazırlanmasını təşkil etmək və bu işdə köməklik göstərmək
  • Xidmətlər paketinin, qiymətqoymanın, yeni xidmətlər üzrə yaradıcı təkliflərin təhlil edilməsi
  • Bazarın təhlili, bazarın imkanlarının, hədəf seqmentin və s. müəyyənləşdirilməsi
Namizəddə tələblər:
  • Profil üzrə ali təhsil
  • Standartdan kənar təfəkkür ilə sürətli analitik düşüncə tərzi
  • Ünsiyətcil, mükəmməl şifahi və yazılı nitq, fikirlərini aydın şəkildə ifadə etmək bacarığı
  • Komandada işləmək bacarığı, nəticə yönümlü olmaq
  • Yaradıcı həllər tapa bilmək bacarığı 
  • Marketinq, xüsusilə də xidmət sahəsində geniş təcrübə, startup təcrübəsi
  • Sıfırdan yeni istiqamət hazırlamaq istəyi, “beyin fırtınası”, komandada yeni həmfikirlər yaratmağı təcrübədən keçirmək 
  • Sərbəstlilik, təşəbbüskarlıq, çalışqanlıq
  • Biznesin spesifikası ilə əlaqədar mətni anlama səviyyəsində ingilis dilini bilmək çox arzuolunandır (xarici təcrübənin öyrənilməsi üçün)

 Müraciət üçün buraya daxil olun.

 

Şirkət: 
Gilan Holdinq