Maliyyəçi | Banco.az

Maliyyəçi

Vakansiya haqqında məlumat: 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlaxda vakant yerlər elan edir.

Maliyyəçi işinə dair

Tələblər:

  • İcbari tibbi sığortaya dair qanunvericiliyin tətbiqi ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasına, təkmilləşdirilməsi və inkişafına dair təkliflərin verilməsi;
  • Dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadəsinin təşkili və koordinasiyası;
  • Regionun səhiyyə qurumlarından aylıq, rüblük və illik maliyyə hesabatlarının ümumiləşdirilməsi və Agentliyin Mərkəzi aparatına təqdim edilməsi;
  • Ştat heyətinin (sayının), əmək haqqı fondunun və smetanın digər maddələri üzrə təxsisatların və limitlərinin planlaşdırılması;
  • Xərclərin maliyyələşdirilməsinin tənzimlənməsi;
  • Regional bölməyə daxil olan müraciətlərin araşdırılmasının təmin edilməsi;
  • Ali təhsil, müvafiq sahə üzrə azı 3 il iş stajı.

Maraqlananlar tərcümeyi hallarını 31 dekabr 2016-cı il tarixinədək elektron poçt vasitəsilə müraciət edilən vəzifənin adını göstərməklə [email protected] ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 310-07-70/ 5004, 5006

Qeyd: Yalnız müsahibəyə dəvət alacaq namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət: 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi