Maliyyə riskləri üzrə mütəxəssis | Banco.az
Azkredit

Maliyyə riskləri üzrə mütəxəssis

Vakansiya haqqında məlumat: 

“Vijn Fond AzərKredit” MMC Maliyyə riskləri üzrə mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.

Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. 
Maliyyə Risk Menecerinin yaxın nəzarəti altında işləyərək, uğurlu namizəd maliyyə məlumatların işlənməsi, statistik təhlil və hesabat vermə daxil olmaqla müxtəlif fəaliyyətlərlə məşğul olacaq.

İş yeri AzərKredit təşkilatının Baş Ofisində olacaq.

Əsas vəzifə və öhdəlikləri:

• Likvidlik idarəsində iştirak etmək;
• FX Risk idarəsində iştirak etmək;
• Pulun qısa müddətli və uzun müddətli planlaşdırılmasına kömək eləmək;
• Proqnoz üçün maliyyə məlumatlarının təhlili;
• Şirkət Rəhbərliyi və müvafiq xarici qurumlar üçün aylıq və rüblük maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
• Risk dərəcəsinin qiymətləndirilməsi üçün tədqiqatların aparılması;
• Riskə nəzarət etmək və azaltmaq üçün tövsiyələr vermək;
• Kəmiyyət analizini həyata keçirmək;
• Şirkətin fəlsəfə və məqsədlərini başa düşmək və dəstəkləmək;
• Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq, həmçinin AzərKreditin qarşıya qoyduğu məqsədlərinə nail olması üçün daim çalışmaq;
• Bütün fəaliyyətini AzərKreditin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;

Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:

• Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya statistika sahəsində ali təhsil dərəcəsi;
• Layihə icrası, monitorinqi, qiymətləndirilməsi və yazılı hesabatında güclü bacarıqlar;
• Mikromaliyyə və ya bank sektorunda ən azı 1 illik iş təcrübəsi;
• Azərbaycan və İngilis dillərində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı;
• Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında sərbəst işləmək;
• Eyni anda bir neçə iş görmək və təzyiq altında işləmək bacarığı;
• Xoş görünüş və ünsiyyət qurma, komandada işləmə bacarığı;
• Təşkilatın missiyasına sadiqlik.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 08 iyun 2014-cü il tarixinədək e-mail (
[email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər.

E-məktubunuzun mövzu hissəsində ‘Financial Risk Officer’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
İşə qəbul anketini 
http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]                   Faks: (+994 12) 597 30 39