Paşa Sığorta ASC Maliyyə nəzarəti və hesabatlılıq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.
Xülasə:
Şirkətin investisiya, büdcələmə, xərclərə nəzarət və maliyyə hesabatlılığı fəaliyyətinə dəstək verir. Birbaşa olaraq maliyyə müdirinə hesabat verir və büdcə hesablamalarının, maliyyə planlaşdırılmasının, rəhbərliyə və kənar tərəflərə maliyyə hesabatlılığının hazırlanmasına və büdcənin icrası, xərclərin inkişafı, maliyyə nəticələrinin və investisiya portfelinin təhlilinə və monitorinqinə məsuldur.
Vəzifə və öhdəliklər:
• Aylıq rəhbərliyə hesabat paketinin və illik maliyyə hesabatlarını hazırlanması;
• Maliyyə hesabatlığı, büdcələmə və planlama, nəzarətin sistemləşdirilməsi və avtomatlaşdırılması proseslərini aparılması;
• Likvidlik, investisiya portfeli, gəlirlilik, üçüncü tərəflər və yeni investisiyalar üzrə təhlili vasitəsilə investisiya qərarlarına dəstək;
• Büdcələmə və planlama prosesinin koordinasiyası və büdcənin icrasına aylıq nəzarət;
• ERP sisteminin tətbiqi üzrə aktiv işlərin aparılması;
• Xərcləri nəzarətdə saxlamaq məqsədilə müxtəlif alətlər və yoxlama vasitələrinin tətbiq edilməsi və vaxtaşırı nəzarətin həyata keçirilması;
• Aidiyyatı məsələlər üzrə daxili və kənar auditorlar ilə əlaqə;
• Maliyyə və digər əməkdaşların maliyyə menecmenti üzrə biliklərinin artırılması məqsədilə tədbirlər keçirilməsi;
Biliklər:
• İqtisadiyyat, maliyyə istiqamətləri üzrə ali təhsil;
• Maliyyə, audit, iqtisadi təhlil, hesabatlıq və büdcələmə/planlama üzrə 3 il i. Təcrübəsi (BİG4 audit şirkətlərində iş təcrübəsi olanlara üstünlük verilir);
• MS office proqramları üzrə qabaqcıl istifadə biliyi;
• Yaxşı səviyyədə ingilis və rus dilləri biliyi;
(CPA, CIMA, ACCA, CFA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir).
Bacarıqlar:
Təqdimetmə bacarığı, analitik məntiqi düşünmə tərzi, komandada işləmək və idarəetmək, təşkilatı bacarıqlar və layihələri idarəetmə qabiliyyəti.
Son müraciət tarixi 8 iyun 2014-cü il
Xahiş edirik vəzifəni “subject” sətirində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.