Maliyyə Monitorinqi şöbəsində Baş mütəxəssis | Banco.az
Azər Türk Bank

Maliyyə Monitorinqi şöbəsində Baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

Daxili Nəzarət və Maliyyə Monitorinqi Departamentinin

Maliyyə Monitorinqi şöbəsində

Baş mütəxəssis

Namizədə dair tələblər:

  • Ali təhsil
  • Səlis Azərbaycan dili və yaxşı səviyyədə İngilis dili biliyi. Rus dili arzuolunandır
  • Bank sahəsində minimum 3 il, PL/TMM üzrə minimum 1 il iş təcrübəsi
  • MS Excel biliklərinin yüksək səviyyədə olması
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Qanunu və digər aiddiyyəti normativ qaydalar barədə yüksək biliklər
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə səhəsində beynəlxalq standartlar və tələblər haqqında ümumi məlumatlı olmaq
  • Bank qanunvericiliyi və bank əməliyyatları barədə biliklər
  • Analitik düşünmə və şübhə doğuran əməliyyatlara diqqət etmək qabiliyyəti
  • Komanda tərkibində işləmə və işi düzgün planlaşdıraraq vaxtında icra etmək bacarığı

Vəzifə öhdəlikləri:

  • PL/TMM üzrə monitorinqlərin aparılması və şübhəli əməliyyatların araşdırılması
  • PL/TMM üzrə tələblərin icrasına nəzarətin həyata keçirilməsi
  • PL/TMM üzrə təkliflərin verilməsi və təkmilləşmə işlərinin aparılması

CV-lərinizi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.     

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et