Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi
AFB Bank maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi təhsil;
• Xarici maliyyə institutları və müxbir əlaqələr sahəsində iş təcrübəsi;
• Rus və İngilis dillərində sərbəst danışıq;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• Ünsiyyət qurmaq qabiliyyəti, kollektivdə çalışma, idarəetmə təcrübəsi;
• MS Ofis proqramları üzrə peşəkar biliklər.
İŞİN TƏSVİRİ:
• Xarici maliyyə institutları ilə əlaqələrin yaradılması, müxbir hesabların açılması;
• Müxbir hesab əlaqələrinin saxlanması, lazımı sənədləşmə işlərinin aparılması;
• Müxbir banklarla yaranmış problemlərin həll edilməsi;
• Şöbənin işi üzrə lazımı hesabatların hazırlanması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Maliyyə institutları ilə iş şöbəsinin baş mütəxəssisi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.