Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis | Banco.az
Bank Respublika

Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

Təsvir

  • Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
  • Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
  •  Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
  •  Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
  •  Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.

Tələblər

  • Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
  •  Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
  •  Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Müraciət üçün daxil olun 

Ən sərfəli krediti almaq üçün müraciət et