Layihələrin idarə edilməsi şöbəsinə baş mütəxəssis | Banco.az
ABB

Layihələrin idarə edilməsi şöbəsinə baş mütəxəssis

Vakansiya haqqında məlumat: 

 

“ABB” ASC  Layihələrin idarə edilməsi və biznes proseslərin optimallaşdırılması departamentinə Layihələrin idarə edilməsi şöbəsinə baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

  • Layihələrin idarə edilməsi;
  • Layihə çərçivəsində bankdaxili və bankdan kənar resursların planlanması və düzgün koordinasiyası;
  • Koordinasiya olunmuş layihələr barədə birbaşa rəhbərə  hesabatın verilməsi;
  • Bütün layihələrin vaxtında, büdcə daxilində icra olunmasının  təmin edilməsi;
  • Layihənin əhatə dairəsinin və məqsədlərinin inkişaf etdirilməsi, bütün maraqlı tərəflərin cəlb edilməsi və texniki məqsədəuyğunluğun təmin edilməsi;
  • Layihənin fəaliyyətinin müvafiq sistemlərdən, alətlərdən və texnikalardan istifadə edərək idarə edilməsi;
  • Müxtəlif strukturlar ilə ünsiyyət qurulması;
  • Bankdaxili və kənar iclaslarda iştirak.

Vakant vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə minimum 3 il təcrübə;
  • Müxtəlif Bank məhsulları və prosesləri barədə dərin biliklər (xüsusən kart məhsulları barədə);
  •  Liderlik bacarığı, peşəkar təqdimat bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  27 fevral 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Layihələrin idarə edilməsi şöbəsinə baş mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Ən sərfəli krediti almaq üçün müraciət et