ABB
Kreditlərin idarə edilməsi şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi
Vakansiya haqqında məlumat:
Azərbaycan Beynəlxalq Bankı Pərakəndə biznes departamentinin Kreditlərin idarə edilməsi şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi vəzifəsini açıq elan edir.
Görəcəyiniz işlər:
- Mövcud müştəri bazasının artırılması üçün bankdan əmək haqqı və pensiya alan şəxslərlə satışın təşviqi xarakterli görüşlərin keçirilməsi;
- Əmək haqqı kartlarının cəlbi üzrə planların hazırlanması;
- İri şirkətlərdə əmək haqqı kartlarınn cəlbi üzrə təqdimatların edilməsi;
- Yeni müştəri kreditləşməsi üzrə birbaşa marketinq səfərlərinin edilməsi;
- Yeni müştəri kredit məhsulunun və biznes prosesin hazırlanmasında iştirak.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Adekvat əmək haqqı;
- Rahat iş şəraiti
- Təlim və inkişaf məsələlərindı bankın yaxından dəstəyi;
- Davamlı karyera inkişafı imkanları.
Əgər aşağıdakılar sizə aiddirsə o zaman siz bizim ideal namizədimizsiniz:
- Bank sahəsində satış üzrə ən azı 1 illik iş təcrübəsinə sahibsinizsə;
- Satış metodları və kanallarını bilirsinizsə;
- Layihə fəaliyyətində, hədəf proseslərin təsvirində, inkişaf tapşırıqlarında bacarıqlara sahibsinizsə;
- Azərbaycan, rus və ingilis dillərini yaxşı bilirsinizsə;
- Sərbəst PC istifadəçisisinizsə.
Əgər bizim axtardığımız İdeal namizəd sizsinizsə, 20 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-nizi göndərin (məktubun mövzusunda " Kreditlərin idarə edilməsi şöbəsinə namizəd" qeyd etməniz xahiş olur.