Kreditin Təhlili Şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis (Maliyyə Analitiki) | Banco.az
ABB

Kreditin Təhlili Şöbəsinə mütəxəssis/aparıcı/baş mütəxəssis (Maliyyə Analitiki)

Vakansiya haqqında məlumat: 

“ABB” ASC Korporativ Biznes Departamentinin Kreditin Təhlili Şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis (Maliyyə Analitiki) vəzifələrinə vakansiya elan edir

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. 
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Korporativ müştərilərin maliyyə hesabatlarının təhlil olunması;
 Korporativ müştərilərin biznes fəaliyyətlərinin təhlil olunması;
 Təhlil zamanı ortaya çıxan qeyri-müəyyənliklərin aradan qaldırılması üçün müştərilərlə görüşlərin keçirilməsi;
 Korporativ müştərilərin kredit sifarişlərinin təhlil olunaraq Kredit Komitəsinə təqdim olunması.

Vakant vəzifə üzrə tələblər:

 Maliyyə/Biznesın idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
 CFA Səviyyə 1 sertifikatı üstünlükdür;
 Minimum 2 - 5 illik peşəkar təcrübə (kreditləşmə, maliyyə təşkilatları və ya Big4), bunlardan 2 il müvafiq sahədə;
 Maliyyə hesabatların təhlili, Şirkətin qiymətləndirilməsi bacarıqları; 
 Analitik və strateji baxış bacarıqları;
 Yüksək şəxsi keyfiyyətlər;
 Müvafiq təcrübələri və biznesin idarə edilməsi prinsipləri haqda ekspert bilikləri;
 Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
 Yüksək səviyyəli analitik bacarıqlar və strateji məlumatlılıq;
 Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus və türk dillərinin biliyi üstünlükdür;
 Excel, PowerPoint, Word proqramlarındə sərbəst istifadə qabiliyyəti.

Şəxsi keyfiyyətlər:

 Problemləri həll etmə bacarığı;
 Təqdimat bacarığı;
 Analatiki bacarıqlar;
 Vaxtın idarəedilməsi;
 Ünsiyyət bacarığı.

Bu iş sizə nələri qazandıracaq:

• Bankın kreditləşmə sahəsində  iş proseslərini dərindən öyrənmə imkanları;
• İdarəetmə və müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
• Təşkilatların maliyyə analizlərinin aparılması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 28 avqust  2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adını “(Maliyyə Analitiki)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər. 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az