Kapital Bank
Kredit şöbəsinin mütəxəssisi
Vakansiya haqqında məlumat:
Kapital Bank namizədləri aşağıdakı filiallara Kredit şöbəsinin mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Lənkəran, Astara, Balakən, Lerik
Öhdəliklər
- Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi;
- Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq;
- Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək;
- Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək;
- Vəzifə təlimatı çərçivəsində rəhbərliyin əmr və tapşırıqlarını yerinə yetirmək;
Tələblər
- Ali iqtisadi və ya riyazi təhsil;
- Analitik düşüncə;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Mükəmməl Azərbaycan dili;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, düzgünlük, dəqiqlik, aydın diksiya, detallara diqqət yetirmək qabiliyyəti.
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Kredit şöbəsi" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
Nümunə: Şəmkir - Kredit şöbəsi