Kredit şöbəsinin baş mütəxəssisi | Banco.az
AFB Bank

Kredit şöbəsinin baş mütəxəssisi

Vakansiya haqqında məlumat: 

 

AFB Bank Satışların idarə olunması departamentində kredit şöbəsinin baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

 

Vəzifə: Satışların idarə olunması departamentinin kredit şöbəsində baş mütəxəssis 
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)

 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);

• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• MBNP-nin, Mərkəzi Bankın bu sahəyə aid olan qayda və normativlərini bilmək;

• Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

• Maliyyə və kredit analizi bilikləri;

• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı, İngilis dilini bilənlərə üstünlük verilir;

• Ofis proqramlarından mükəmməl istifadə bacarığı.

 

İŞİN TƏSVİRİ:

• Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərlə bağlı memorandum hazırlamaq, biznes təhlilini aparmaq;

• Korporativ kreditlər üzrə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərlə çıxış etmək;

• Mövcud müştəri bazasının təhlilini həyata keçirmək;

• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

 

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində Kredit şöbəsinin baş mütəxəssisi qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Ərizə qəbulu üçün son tarix – 6 mart 2018-ci il.