Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti | Banco.az
Bank of Baku

Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti

Vakansiya haqqında məlumat: 

 

Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti

Tələblər

  • Ali iqtisadi təhsil və ya MBA üzrə magistr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili - əla, ingilis dili – yaxşı, (rus dili - yaxşı, üstünlükdür)
  • Kompüter bilikləri: MS Word, MS Excel - orta
  • Komanda halında işləyə bilmək və operativ olmaq
  • Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Əsas vəzifə və öhdəliklər

  • Bankın kredit riskinə məruz qalma səviyyəsinin analiz edilməsi və təkliflərin hazırlanmasında iştirak etmək;
  • Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
  • Kredit riskləri üzrə hesabatların hazırlanması və yenilənməsi prosesində iştirak etmək.
  • İş yeri: İnzibati Mərkəz
  • İş vaxtı: 5 iş günü, 09:00-18:00

MÜRACİƏT QAYDASI

Müraciət etmək istəyən namizədlər “Müraciət et” düyməsindən istifadə edərək onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Kredit risklərinin idarə edilməsi şöbəsinin eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram