Kredit riskləri üzrə mütəxəssis / aparıcı mütəxəssis
“Bank Respublika” ASC “ Kredit riskləri üzrə mütəxəssis / aparıcı mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.
Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
• Kredit risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi, portfelin idarə edilməsi üzrə qabaqcıl təcrübə və metodlardan istifadə edilməsi, hesabatların hazırlanması;
• Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Stress-test modellərinin hazırlanmasında, tətbiq edilməsində iştirak etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Skorinq modellərinin hazırlanmasında, test və tətbiq edilməsində iştirak etmək və nəticələri ilə bağlı təkliflərin verilməsi;
• Mərkəzi Bankın tələblərinə və IFRS standartlarına uyğun olaraq aktivlərə ehtiyyatların yaradılmasında iştirak etmək;
• Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsi və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
• Fəaliyyəti ilə bağlı nəticələrin hesabatlılığının rəhbərliyə təqdim edilməsi.
Namizədə qarşı tələblər:
• İqtisadi və ya riyazi sahə üzrə ali təhsil;
• MS Excel proqramı ilə əla səviyyədə işləmək qabiliyyəti;
• Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
• Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
• SQL, Python, R proqramlarını bilənlərə üstünlük veriləcək;
• CFA, FRM üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcək;
• Bank əməliyyatları və biznes prosesləri barədə ümumi biliklər;
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Kredit riskləri üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.