Kredit Risk Anderrayter | Banco.az
PAŞA Bank

Kredit Risk Anderrayter

Vakansiya haqqında məlumat: 

 

Kredit Risk Anderrayter

İşiniz nədən ibarətdir?

  • Müştəri bazasının keyfiyyətinə əmin olaraq bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Fərdi və Özəl Bankçılıq üzrə borc alanlarla bağlı kredit riski təhlili;
  • Bankın müvafiq kredit siyasəti və proseduraları ilə bağlı biliklərin genişləndirilməsi;
  • Fərdi və Özəl Bankçılıq departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasının təmin edilməsi;
  • Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq kredit öhdəliklərində son qərar verici olaraq çıxış;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
  • Fərdi və Özəl Bankçılıq üzrə daxili təlimat, proses və məhsulların inkişaf etdirilməsi ilə bağlı birbaşa təşəbbüs göstərilməsi və ya rəy verilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərarların verilməsi;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin keyfiyyətini əks etdirən ekspert rəyin verilməsi;
  • Fərdi Bankçılıq Departamenti tərəfindən daxil olmuş defolt olma ehtimalı üzrə cədvəllərin (PD tool) yoxlanılması, nəzarət edilməsi və müştəri üzrə düzgün defolt olma ehtimal dərəcəsinin təsdiqi;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.

Tələb edilən bilik, bacarıq və təcrübə

TƏHSİL

Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili

İŞ TƏCRÜBƏSİ

Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 2-4 il

XARİCİ DİL

İngilis və Rus

KOMPÜTER BİLİKLƏRİ

Microsoft Office 

SERTİFİKATLAR

Risk Menecment, Bankçılıq və Kredit üzrə sertifikatlar

DİGƏR

Fərdi bankçılıq üzrə biliklər
Bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, bankçılıq və mühasibatlıq təcrübəsi

PAŞA Bank sizə nə vəd edir?

  • Tibbi sığorta
  • İllik müəyyən məbləğdə tibbi xərclərin qarşılanması
  • İllik mükafatlar
  • Fəaliyyət ilinin tamamında daxili qaydalara uyğun bonuslar və mükafatlar
  • İdman güzəştləri
  • İllik müəyyən məbləğdə idman xərclərinin qarşılanması

Arzularının komandasını birlikdə yaradaq! 

Müraciət et!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et