Kredit Portfelinə Nəzarət bölməsinin Aparıcı mütəxəssisi və ya Baş mütəxəssisi) | Banco.az
Bank BTB

Kredit Portfelinə Nəzarət bölməsinin Aparıcı mütəxəssisi və ya Baş mütəxəssisi)

Vakansiya haqqında məlumat: 

Bank “BTB” ASC Risklərin idarə edilməsi departamenti, Kreditlərə nəzarət şöbəsi, Kredit Portfelinə Nəzarət bölməsinin  Aparıcı mütəxəssisi və ya Baş mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.

Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir. 

Kredit Portfelinə Nəzarət bölməsinin  Aparıcı mütəxəssisi və ya Baş mütəxəssisi

İş barədə məlumat

Kredit portfelinə gündəlik nəzarəti həyata keçirmək, Kredit limitləri ayrılarkən öz təkliflərini vermək

  • Kredit portfeli üzrə planların yerinə yetirilməsi işində filiallara nəzarət etmək, zəruri hallarda dəstək vermək
  • Şöbənin işini bankdaxili siyasət və qaydalara uyğun planlaşdırmaq, işlərin icrasına nəzarət etmək
  • Kreditlərin Anderraytinqi işlərinin icrasına nəzarət etmək
  • Akkreditiv, qarantiyaların və digər sənədli əməliyyatların aparılmasına və uçotuna nəzarət etmək
  • Bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasına gündəlik nəzarət etmək
  • Kredit müraciətləri üzrə sifarişlərə komitədən əvvəl yazılı rəy bildirir, Kredit komitələrində iştirak edir
  • Bölmənin nəzarət mexanizmi çərçivəsində daxil olan müraciətlərə rəy bildirir
  • Mərkəzləşdirilmiş Kredit Reyestri və müvafiq kredit bürolarının xidmətindən istifadə etmək. Kredit portfelinin yuxarıda qeyd olunan xidməti bazalarına inteqrasiya olunmasını təşkil etmək. Bankın əməkdaşlarına qeyd olunan xidmətdən istifadə etmək hüququnun verilməsi üçün rəy vermək
  • Kredit portfelinin MKR xidmətinə inteqrasiya olunmasına nəzarət etmək

Namizədə tələblər:

  • Ali təhsil (iqtisadi və riyazi təhsilli olanlara üstünlük verilir);
  • Kredit sahəsində minimum 3 il təcrübə;
  • Riyazi, statistik biliklər, Analitik qabiliyyət
  • Səmərəli ünsiyyət qurmaq bacarığı
  • İşgüzar ünsiyyət etikası
  • Komandada işləmək qabiliyyəti
  • Microsoft Office proqramlarında işləmək qabiliyyəti
  • Məsuliyyət

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit Portfelinə Nəzarət bölməsinin  Aparıcı mütəxəssisi və ya Baş mütəxəssisi)  göstərməyiniz xahiş olunur.

Ən sərfəli krediti almaq üçün müraciət et