Kredit Mütəxəssisi (Lombard kreditləri) | Banco.az

Kredit Mütəxəssisi (Lombard kreditləri)

Vakansiya haqqında məlumat: 

 

Vəzifə:

Kredit Mütəxəssisi (Lombard kreditləri)

İşəgötürən:

“Azərbaycan Mikro Kredit BOKT” MMC

Bölgə:

Bakı

İş Qrafiki:

09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

“Azərbaycan Mikro Kredit BOKT” MMC

Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Banklarda, bank olmayan kredit təşkilatında və ya Lombardlarda qızıl girovu ilə kredit təcrübəsi olanlar;
• Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
• Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri

İŞİN TƏSVİRİ:

• Müştəriyə təşkilatın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;

• Lombard müştərilərinin cəlbində yaxından iştirak;
• Təşkilatın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;
• Müraciətlərin təşkilatın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına nəzarət;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi (Lombard kreditləri)” qeyd etməklə göndərmələri xahiş olunur.

Əlaqə vasitələri:

E - mail: [email protected]  
Telefon:  (+994 12) 498 94 97
Mob:  (+994  51) 205

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şirkət: 
"Azərbaycan Mikro Kredit BOKT” MMC

Ən sərfəli krediti almaq üçün müraciət et