Kredit mütəxəssisi (Bakı və Sumqayıt filialları) | Banco.az
AGBank

Kredit mütəxəssisi (Bakı və Sumqayıt filialları)

Vakansiya haqqında məlumat: 

“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
 

∙    İş yeri  - AGBank-ın mərkəzi ofisi (Bakı Landau 16)
∙    Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
∙    AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
∙    Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) [email protected] emailinə göndərməyiniz xahiş olunur.  Əlaqəli şəxs - Zaur İzmaylov.

 

Vəzifələr: 

•    Kreditlər üçün müraciət etmiş ərizəçilərin müraciətlərinə baxılması
•    Rəsmiləşmədən irəli gələn sənədlərin tərtibi, kredit ödənişlərinin qəbulu
•    Gün ərzində verilmiş kredit dosyelərinin qovluqlara yığılması
•    Problemli kredit statusu almış dosyelərin PAİD-nə təhvil verilməsi üçün hazırlanması
•    Filialın strategiya, hədəf və prioritetlərinə uyğun olaraq keyfiyyətli kredit portfelinin formalaşdırılması
•    İntizamlı və yüksək səviyyədə müştəri xidmətlərinin həyata keçirilməsi
•    Bank və Kommersiya sirrinin qorunması
•    Təşkil edilmiş təlim və bilikartırma kurslarında və attestasiya imtahanlarında iştirakın təmin olunması
•    Tabeçiliyində olduğu rəhbərin əmr və göstərişlərinin yerinə yetirilməsi

Namizədlər üçün tələblər: 

•    Ali iqtisadi təhsil
•    Müştərilərlə iş təcrübəsi arzu olunandır
•    Microsoft Office proqramlarından istifadə bacarığı
•    Ünsiyyətçil
•    Operativ
•    Təşəbbüskar
•    İnandırma qabiliyyəti
•    Riyazi biliklər