Kredit meneceri | Banco.az
AFB Bank

Kredit meneceri

Vakansiya haqqında məlumat: 

 

Vəzifə: Kredit meneceri

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

• Ali təhsil

• Ən azı 3 il bank və yaxud qeyri-bank kredit təşkilatında kreditlərin verilməsi  sahəsində, minimum 1 il Kredit mütəxəssisləri ilə işin qurulması və idarə olunmasında iş təcrübəsi;

• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;

• Maliyyə və kredit analizi bilikləri. İri şirkətlərin təhlilinin aparılması bacarığı;

• Microsoft Office proqramlarında işləmək bacarığı;

• Analitik düşüncə tərzi;
• İdarəetmə və liderlik qabiliyyəti;

• Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;

• Gərgin iş qrafikində işləmək bacarığı.

 İŞİN TƏSVİRİ:

• Banka yeni müştərilər cəlb etmək, kredit və qeyri-kredit məhsullarının satışını həyata keçirmək;

• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;

• Tabeçiliyində olan əməkdaşlardan kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısa müddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;

• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;

• Müştərilərin ödəniş qabiliyyətinin təhlili;

• Borc ödənişlərinin vaxtında icrasına nəzarət;

• Kredit portfelinin idarə olunması və nəzarət;

• Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması;

• Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində müraciət edilən vəzifəyə uyğun olaraq “Korporativ/Pərakəndə Kredit meneceri qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.