AFB Bank
Kredit meneceri
Vakansiya haqqında məlumat:
AFB Bank Filiallar üzrə Kredit meneceri vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Menecer
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı, Sumqayıt, Qəbələ, Gəncə şəhərləri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil
- Ən az 3 il bank və yaxud qeyri-bank kredit təşkilatında kreditlərin verilməsi sahəsində iş təcrübəsi
- Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
- Maliyyə və kredit analizi bilikləri;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Analitik düşüncə tərzi;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyətlilik, ünsiyyətlilik, təşəbbüskarlıq;
- Gərgin iş qrafikində işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
- Banka yeni müştərilər cəlb etmək, kredit və qeyri-kredit məhsullarının satışını həyata keçirmək;
- Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
- Tabeçiliyində olan əməkdaşlardan kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısamüddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;
- Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
- Müştərilərin ödəniş qabiliyyətinin təhlili.
- Borc ödənişlərinin vaxtında icrasına nəzarət .
- Kredit portfelinin idarə olunması və nəzarət.
- Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması.
- Kredit mütəxəssisləri tərəfindən monitorinqlərin vaxtında və düzgün aparılması işinin təşkili və nəzarət.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kredit meneceri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.